Heydər Əliyev Sarayı bayram tətili günlərində uşaqları “Xonçalı Novruz gəlir” - Kosa və Keçəlin sərgüzəştləri adlı maraqlı, musiqili və əyləncəli nağıl tamaşa ilə sevindirəcək. Lent.az-ın məlumatına görə, martın 21-də Novruz bayramı münasibətilə sarayın səhnəsində möhtəşəm bayram konserti keçiriləcək.
Hər il olduğu kimi Novruzun sevilən personajları “Kosa” və “Keçəl” şənliyin əsas simaları olacaqlar. Sevimli qəhrəmanlar uşaqlara Novruz bayramı, baharın gəlişi, Novruz çərşənbələri və digər adət-ənənələr barədə məlumat verəcək, müxtəlif oyunlar nümayiş etdirəcəklər.
Bundan başqa, uşaqlar Keçəl və Kosanın məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və müasir rəqsləri izləyə biləcəklər.
Saat 13:00-da başlayacaq konsertin biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə etmək mümkündür.

Heydər Əliyev sarayında “Xonçalı Novruz gəlir”
Oxşar yazılar

Qaçırmamalı olduğunuz 10 möhtəşəm premyera -VİDEO
22 aprel 2025 , 16:20
Hər kəsin haqqında danışdığı 10 yeni serial -VİDEO
22 aprel 2025 , 12:24
Xalq rəssamı VƏFAT ETDİ
22 aprel 2025 , 10:21
“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək
22 aprel 2025 , 06:41
Orxan Fikrətoğluna nazirlikdə vəzifə verildi
21 aprel 2025 , 17:53
Çətin gün keçirdin? - Bu komediyalardan birini izlə -VİDEO
21 aprel 2025 , 14:44
Cennifer Lopez bu filmdə baş rola çəkiləcək
21 aprel 2025 , 13:34